Dünyanın ən məşhur müğənnilərindən biri Madonnanın böyük qızı, 19 yaşlı Lurdes Leon model karyerasına başlayıb.
Milli.Az TMZ-yə istinadən bildirir ki, Lurdes "Stella McCartney" brendinin yeni ətri olan "Pop"un reklamına çəkilib.
Dizayner Stella MakKartni fotosessiyadan bəzi şəkilləri İnstaqram-dakı profilində paylaşıb.
"Pop kraliçasının qızını komandamda görmək çox gözəldir. Lolanı uşaqlıq illərindən tanıyıram. O, məşhur ananın qızı olsa da, başını itirmir, təkəbbürlü davranmır və çalışır".
"Pop"un reklam kampaniyasında aktrisa Amanda Stenberq, müğənni Qrayms və model Keniya Cons da iştirak edirlər.
Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub