01 iyun 2023 00:12
337

Leysan yağış Qəbələdə çaylarda suyun artmasına səbəb olub

Güclü leysan yağış Qəbələdə çayların suyunun artmasına səbəb olub.

“İki sahil” xəbər verir ki, dağlara və rayona yağan güclü yağış nəticəsində rayonun Dəmirapar çayında suyun səviyyəsi artıb.

Nəticədə Laza kəndinə gedən yolun bir hissəsini su yuyub.

Yolda böyük çatlar əmələ gəldiyindən buradan istifadə etmək təhlükə yaradır.

Kənd yolunun bir hissəsi tamamilə dağılıb.