01 iyun 2023 12:48
622

SOCAR 28-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisində uğurla təmsil olunur FOTO

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Bakı Enerji Həftəsində baş tərəfdaş olaraq iştirak edir.

“İki sahil” xəbər verir ki,  31 may 2023-cü il tarixində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin rəsmi açılış mərasimi baş tutub. Sərgidə iştirak edən SOCAR-ın Apstrim, Midstrim və Daunstrim istiqamətlərində, həmçinin marketinq, satış fəaliyyəti və müxtəlif xidmətləri barədə məlumatlar təqdim olunur. 

Bakı Expo Mərkəzində təşkil olunan 28-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin girişində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan sərgi nümayiş olunur.

“Yaşıl enerji” layihələrinə dair bölmədə SOCAR-ın yaşıl enerjiyə baxışı, bərpaolunan enerji mənbələri üzrə pilot layihələri, habelə 2022-ci il ərzində rekultivasiya edilmiş ərazilər, şirkətin karbon emissiyasının azaldılması istiqamətlərində gördüyü işlər barədə informasiyalar təqdim olunur.

Stenddə, həmçinin SOCAR-ın elmi-tədqiqat, rəqəmsallaşma istiqamətlərindəki fəaliyyəti, aldığı mükafatlar, nanotexnologiyalar, təlim və təhsil proqramları barədə məlumatlar öz əksini tapıb.