01 iyun 2023 19:14
372

Qətər Əmirinin müavini Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Qətər Dövləti Əmirinin müavini Abdullah bin Həməd Al Tani Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“İki sahil” xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Zati-alinizə davamlı uğurlar və firavanlıq, qardaş xalqınıza isə tərəqqi və rifah arzulayıram".