ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanın Müstəqillik Gününün və Silahlı Qüvvələr Gününün 105-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı Səfirliyi məlumat yayıb. “Vaşinqtonda Azərbaycanın Müstəqillik Gününün və Silahlı Qüvvələr Gününün 105-ci ildönümünə həsr olunmuş möhtəşəm şənlik keçirilib. Bu gecəni qeyd etmək üçün bizə qoşulan bütün qonaqlarımıza təşəkkür edirik”, - səfirlikdən bildirilib.
Mərasimdə Türkiyənin Vaşinqtondakı səfiri Hassan Murat Mercan, eləcə də diğər rəsmi şəxslər, hərbi attaşelər iştirak ediblər.
Bakıda "Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına" mövzusunda konfrans keçirilib