Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun işlənilməsinə başlandığından indiyə kimi (may ayının birinə kimi) 573 milyon ton neft hasil edilib.
“İki sahil” xəbər verir ki, bunu 28-ci Bakı Enerji Forumu zamanı SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.
Onun sözlərinə görə, indiyədək yataqlar blokundan 208 milyard kubmetr qaz hasil edilib.
Akademik Xoşbəxt Yusifzadə qeyd edib ki, indiyədək AÇG-də hasil edilən neftin 340 milyon tondan çoxu Azərbaycanın mənfəət neftinin payına düşüb.
Birinci vitse-prezident onu da əlavə edib ki, indiyədək Azərbaycanda hasil edilən 654 milyon ton neftin 484 milyon tonu Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə dünya bazarlarına çıxarılıb.
SOCAR-ın prezidenti BYD şirkətinin xarici əlaqələr və yeni biznesin inkişafı üzrə rəhbəri ilə görüşüb - FOTO
SOCAR “Azəri-Çıraq-Günəşli” layihəsində “ITOCHU” korporasiyasına məxsus iştirak payını alıb