02 iyun 2023 11:28
405

Azərbaycan XİN İtaliyanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İtaliyanı Milli Günü münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində paylaşım edilib.

“Milli Gün münasibətilə İtaliya hökuməti və xalqına ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq! Biz ikitərəfli əməkdaşlığımızın daha da inkişafını səbirsizliklə gözləyirik!”, - paylaşımda qeyd olunub.