SOCAR-ın altı xarici ölkədə layihələrə yatırımları 19 mlrd. 955,3 mln. ABŞ dollarına çatıb.
Bu barədə “İki sahil” SOCAR-ın Caspian Oil&Gas sərgisindəki stendində nümayiş etdiyi məlumatlara istinadən xəbər verir.
Belə ki, 2023-cü ilin 1 yanvar tarixinə, SOCAR-ın Türkiyədəki yatırımları 18,2 mlrd. dollar təşkil edib. Gürcüstan üzrə bu göstərici 954,8 mln. dollar səviyyəsində olub.
Bundan əlavə, SOCAR-ın Ukrayna, İsveçrə, Rumıniya və Rusiya üzrə investisiyaları müxtəlif olaraq 358,55 mln. dollar, 339,15 mln. dollar, 90,8 mln. dollar və 12 mln. dollar təşkil edib.
SOCAR-ın prezidenti BYD şirkətinin xarici əlaqələr və yeni biznesin inkişafı üzrə rəhbəri ilə görüşüb - FOTO
SOCAR “Azəri-Çıraq-Günəşli” layihəsində “ITOCHU” korporasiyasına məxsus iştirak payını alıb