Dünyanın ən məşhur müğənnilərindən biri, britaniyalı Adel 4 ildən bəri qeyri-rəsmi nikahda olduğu əri Saymon Koneki ilə münasibətlərini rəsmiləşdirib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 27 yaşlı müğənni Londondakı "O2 Arena"dakı konserti zamanı səhnədə olanda sol əlinin barmaqlarında iki üzük vardı.
Onlardan biri nişan, digəri isə nikah üzüyü idi.
Adel nikahı ilə bağlı sualları cavablamaqdan imtina edib.
Adelin mətbuat katibi də suallara cavab verməyib.
Müğənninin Ancelo adlı 3 yaşlı oğlu var.
Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub