04 iyun 2023 22:26
247

AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisi: Bu gün gördük ki...

Əvvəl burada olanlar barədə heç nə eşitməmişdik və görmək istəyirdik ki, bu gözəl yerlərin başına hansı hadisələr gəlib. Ümidvarıq ki, Ermənistan və Azərbaycan arasında tezliklə sülh sazişi imzalanacaq və buradakı yenidənqurma işləri daha da sürətlənəcək.

“İki sahil” xəbər verir ki, bunu Ağdama səfər etmiş AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisi Yan Lidel-Qreynger deyib.

“Bu gün gördük ki, bu ərazilərdə geniş miqyasda yenidənqurma işləri aparılır. Köhnə, dağıdılmış və müəyyən hissələri qalmış binaları qoruyub saxlamaq əzmində olduğunuzu gördüm və bu mənə çox böyük təsir bağışladı. Bu işdə Azərbaycana böyük uğurlar arzulamaq istəyirik. Onu bilirəm ki, mütləq sülh olmalıdır. Burada kim yaşayacaqsa bu sülh onların xeyrinə olmalıdır”, – deyə Yan Lidel-Qreynger bildirib.