“44 günlük müharibənin başa çatması regionda yeni reallıq yaradıb. Ermənistan və onun havadarları bu reallığı qəbul etmək istəmir, təxribatlarını davam etdirirlər”.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində diplomatlar üçün “Xarici siyasət” proqramının bağlanış mərasimində deyib.
Nazir bildirib ki, hazırda regionda çox mühüm proseslər baş verir.
O əlavə edib ki, indi gənc diplomatlar bu proseslərdə birbaşa iştirak edəcəklər və buna görə də bu ixtisasın daşıdığı məsuliyyəti dərk etməlidirlər.
Nazir 38 gənc mütəxəssisin iştirak etdiyi proqramın icrasının uğurla həyata keçdiyini qeyd edib.
Bəyim Mənəfova: Yeni Azərbaycan Partiyası şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib
Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq - Prezident