“Bilirsiniz ki, danışıqlarda Brüssel formatı mövcuddur. Bu format çərçivəsində Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə çoxsaylı görüşlər keçirilib”.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
O, bildirib ki, Moldovada Avropa Siyasi İcmasının görüşündə baş tutan danışıqlar barədə də məlumat verib.
“Azərbaycan, Ermənistan, Fransa, Almaniya, Aİ Şurasının liderlərinin iştirakı ilə bu görüş baş tutub. Gündəlikdə olan məsələlər üzrə fikir mübadiləsi aparılıb. Görüşün yekununda Aİ Şurasının Prezidenti Şarl Mişel açıqlama verib. Görüşün nəticələrindən biri də o idi ki, növbəti üçtərəfli görüşün iyulda keçirilməsi barədə razılıq əldə olunub”.
Bəyim Mənəfova: Yeni Azərbaycan Partiyası şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib
Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq - Prezident