07 iyun 2023 00:25
218

550 min insan yoxsulluq içində yaşayır

2012-ci ildən bəri yoxsulluq həddində yaşayan vətəndaşların sayı iki dəfə azalıb və o vaxtdan bəri demək olar ki, yarım milyon insan yoxsulluğun öhdəsindən gəlib.

“İki sahil” xəbər verir ki, bu sözləri Gürcüstan Baş naziri İrakli Qaribaşvili deyib.

"2012-ci ildə 1,1 milyon insan yoxsulluq həddindən aşağı yaşayırdı, biz hakimiyyətə gələndən sonra bu rəqəm iki dəfə azalıb", - baş nazir bildirib.

Onun sözlərinə görə, yoxsulluq səviyyəsi 15,6%-ə çatıb və bu, hələ də böyük problem olaraq qalır, lakin tarixi minimumdur.