Məşhur markaların ən çox seçdiyi simalardan biri olmasına rəğmən, modelliyi buraxan Kara Delevinge bu qərarının səbəblərini ilk dəfə açıqlayıb.
Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, modellik karyerasını tərk edərək, kino sektoruna üstünlük verən Kara bunları deyib: “Modelliyə 16 yaşımda başladım. 1.70 santimetr boyumla sektordakı bütün qızlardan qısa idim. Model sənayesinin məni qəbul etməsi bir az vaxt aldı. Ancaq qısa müddət sonra hamı məni qəbul etdi. Nəticə olaraq öz baxışımı itirdim və xoşbəxtliyin, uğurun nə demək olduğunu unutdum. Şüuraltı olaraq “hər kəs məni istəsin, hər kəs məni sevsin” deyə düşünürdüm”.
"Uğurlarımla qürur duyurdum, amma xoşbəxt deyildim"
Kara deyir ki, bundan sonrakı həyatında öyrənəcək çox şey var, amma artıq özü olmağı öyrənməlidir: “Peşmanlıq və günahkarlıq duyğuları ilə savaşıram. Çünki insan özünü sevə biməsə, insanların sizi və gördüyünüz işləri sevməsinin heç bir əhəmiyyəti olmur”.
Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub