15 İyun-Milli Qurtuluş Günü adi təqvim günü deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir bayramdır. 15 iyun, eyni zamanda, Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün Azərbaycan xalqının ölüm-dirim mübarizəsindən qalib çıxma tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan ulu öndər Heydər Əliyevdir.
Məlumdur ki, müstəqilliyimizin ilk illəri Azərbaycan xalqı üçün çox ağır dövr olub. Tale elə gətirib ki, 1991-ci ildən-1993-cü ilin ortalarına qədər olan dövr müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist və populist hərəkətlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi.
Qeyd edək ki, 1993-cü ilin yazında Ermənistan ordusunun işğal siyasəti genişlənmişdi və gücsüz, silahsız Azərbaycan Ordusu mövqelərini qoyub geri çəkilirdi. Hələ bu azmış kimi, ölkədə vətəndaş müharibəsi başlamışdı. Artıq ölkədə qardaş qırğını qarşısıalınmaz prosesə çevrilmişdi. Gəncədə qiyam qaldıran 709-cu briqadanın hərbçiləri Surət Hüseynovun başçılığı ilə Bakıya doğru irəliləyirdi. Təbii ki, belə bir zamanda hamının inandığı və müdrikliyinə güvəndiyi böyük siyasi xadim Heydər Əliyevsiz Azərbaycanı xilas etmək mümkün deyildi. Bu həqiqəti onu istəyənlər də, istəməyənlər də çox yaxşı anlayırdılar. Ona görə də Ulu Öndərə nəinki günbəgün, hətta saatbasaat ehtiyac duyulurdu. Xalq Heydər Əliyevin siyasi bioqrafiyasına yaxından bələd olduğundan və onun Azərbaycana rəhbərliyi dövründə əvəzsiz xidmətlərini bildiyindən öz liderini böyük səbirsizliklə gözləyirdi. Ancaq o dövrdəki qaragüruhçu hakimyyət Ulu Öndərin xalqla təmaslarına hər vasitə ilə mane olurdu.
Artıq Azərbaycan parçalanmaq və bir dövlət kimi öz mövcudluğunu itirmək təhlükəsi qarşısında idi. Belə bir məqamda isə yeganə çıxış yolu görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Artıq ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi zəruri idi. Nəhayət, Azərbaycan xalqının böyük oğlu 1993-cü il iyunun 9-da ölkəni vətəndaş müharibəsindən xilas etmək üçün Bakıya gəldi. Bu gəliş xalqın istəyi, tarixin hökmü idi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin xilas olacağına inamı artırdı. Beləliklə, Ulu Öndərin Azərbaycan Respublikası Ali Məclisinin Sədri seçildiyi gün - 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu, bir həqiqətdir ki, 15 iyun olmasaydı nə Azərbaycan, nə də müstəqil dövlətimiz olmayacaqdı. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində ölkədə sabitliyi bərpa etdi, separatçı qüvvələri zərərsizləşdirdi, 1994- 1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı. Məhz bu mərhələdən sonra xalqımız sakit həyat tərzi sürməyə başladı. Əlbəttə ki, bunun kökündə Ümummilli Liderimiz tərəfindən müəyyənləşdirilmiş milli birlik və həmrəylik konsepsiyası dayanırdı. Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyası nəinki azərbaycanlıları, ölkəmizdə yaşayan bütün xalqları, dünyaya səpələnmiş soydaşlarımızı vahid ideya ətrafında birləşdirdi.
Həmin dövr çətin və keşməkeşli idi. Məhz Ulu Öndər kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu şəraitdə Azərbaycan dövlətçiliyini nəinki qoruyub saxlaya bildi, hətta müxtəlif dövrlərdə ölkəmizə qənim kəsilmiş düşmənlərimizin, onların bitib-tükənməyən məkr və hiylələrinin, ən müasir silahlarının qarşısında duruş gətirdi. Bu, bir həqiqətdir ki, Azərbaycan müstəqillik əldə edərkən onun qonşu MDB ölkələri ilə ictimai-siyasi, iqtisadi-sosial, hərbi vəziyyəti eyni deyildi. Məhz Ümummilli Liderin şəxsiyyətinin böyüklüyü hesabına sonrakı illərdə bu balans Azərbaycan dövlətinin xeyrinə, həm də sürətlə və böyük fərqlə dəyişdi.
Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətləri yalnız müsətəqilliyimizi qoruyub saxlamaqla, dövləti iflas olmaqdan xilas etməklə bitmədi. Eyni zamanda, sonrakı illərdə bu dövləti möhkəmləndirərək bölgənin sabit və inkişaf edən ölkəsinə çevirdi. Qısa müddətdə inkişaf edən Azərbaycan şərtlər qəbul edən ölkədən şərtlər diktə edən ölkəyə çevrildi. Sonrakı illərdə böyük şəxsiyyət dövlət quruculuğunun konsepsiyasını işləyib hazırladı. 1993-cü ilin iyun ayından götürülən siyasi xəttin əsas üstün cəhətlərindən olan demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu yönümündə ardıcıl, məqsədyönlü tədbirlərin reallaşdırılması ölkəmizdə demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olmasına zəmin yaratdı. Milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, cəmiyyətin demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində səmərəli tədbirlər həyata keçirildi. Ölkəmiz tezliklə vahid Avropa ailəsinə qəbul edildi. Dünyanın tanınmış neft şirkətləri ilə «Əsrin müqaviləsi» və digər kontraktlar imzalandı, bütün sahələrdə islahatlar başlandı. Azərbaycana investisiya axınının əsası qoyuldu. Müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edildi. Ölkənin ali qanunvericilik orqanına beynəlxalq müşahidəçilərin iştirakı ilə azad və demokratik seçkilər keçirildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi daxil olmasına əsaslı təminat yaratdı. Bütün bunlar isə sözün əsl mənasında, «Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram» deyib meydana atılan cəsur ürəkli Vətən oğlunun öz xalqı qarşısında misilsiz fədakarlığı idi.
Təbii ki, müasir Azərbaycanın bütün nailiyyətlərinin əsasında Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu siyasət Heydər Əliyevin müəyyənləşdirdiyi davamlı inkişaf yoludur. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır. Xüsusilə Ulu Öndərin Qarabağın işğaldan azad edilməsi istiqamətindəki gərgin mübarizəsinin Müzəffər Ali Baş Komandanımız İlham Əliyev tərəfindən şərəflə davam etdirməsi və son nəticədə 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə bir daha göstərdi ki, Azərbaycan dövlətinin sükanı əmin əllərdədir.
İsmayıl İbrahimov, YAP Hacıqabul rayon təşkilatının sədrili Qurtuluş Günü adi təqvim günü deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir bayramdır. 15 iyun, eyni zamanda, Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün Azərbaycan xalqının ölüm-dirim mübarizəsindən qalib çıxma tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan ulu öndər Heydər Əliyevdir.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri