Türkiyə üzərindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır. Buna da böyük tələbat var.
“İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı deyib.
“Enerji sahəsində bizim işimiz təbii qaz məsələsi ilə məhdudlaşmır. Biz bu gün yenilənən, yəni bərpa olunan enerji növləri üzrə əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi məsələlərində biz fəal əməkdaşlıq edirik”, - dövlət başçısı qeyd edib.
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub VİDEO