“Azərbaycanla əlaqələrimiz hər ötən gün daha da inkişaf edir. Bu, belə də olmalıdır”.
“İki sahil” xəbər verir ki, bunu türkiyəli hərbi ekspert Ünal Atabay “Haber Global”ın efirində Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə bağlı danışarkən deyib.
O bildirib ki, hər iki dövlət və xalqlar münasibətlərin daha da gücləndirilməsində maraqlıdır.
Analitikin sözlərinə görə, Ermənistan ABŞ, Rusiya və Fransa arasında qalıb:
“Azərbaycan sülh istəyir və bunu göstərmək üçün bütün müzakirələrdə iştirak edir. Qərb dünyası deyir ki, Zəngəzur dəhlizi Rusiyanın Qarabağdan çıxması qarşılığında açıla bilər”.
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub VİDEO