Borrell: Qarabağda Rusiya sülhməramlılarının olması əlavə çətinlik kimi qiymətləndirilməməlidir
Qarabağda Rusiya sülhməramlılarının olması Ermənistan-Azərbaycan əlaqələrinin tənzimlənməsi baxımından əlavə çətinlik kimi qiymətləndirilməməlidir.
“İki sahil” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell Avropa Parlamentində (AP) Azərbaycan-Ermənistan əlaqələri, Qarabağda və Laçın yolunda vəziyyətlə bağlı keçirilən dinləmədə deyib.
“Əlbəttə, müəyyən sülhməramlıların mövcudluğuna ehtiyacımız var idi. Rusiya bunu edəcək vəziyyətdə idi, çünki bu, Azərbaycan tərəfindən qəbul edilmişdi. Başqa heç kəslə bu belə deyildi. Ona görə də mən düşünürəm ki, Rusiya qoşunlarının dünyanın bu hissəsində, bu münaqişənin ortasında olması əlavə çətinlik kimi nəzərdən keçirilməməlidir”, - Borrell AP deputatının sualına cavabında bildirib
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub VİDEO