"Azərbaycan yeganə ölkədir ki, həm İran, həm də Rusiya ilə həmsərhəddir. Bu ölkə strateji regionun mərkəzində yerləşir və onun keçmiş Sovet məkanında rolu vacibdir".
“İki sahil” xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi irəli sürülmüş Mark Libbi Senatda dinləmlər zamanı deyib.
"Azərbaycan Ukraynaya kifayət qədər kömək edib. Yanacaq, ərzaq yardımı, hətta son hücumda - su anbarının partladılmasından sonra bu ölkə Ukraynaya yeni humanitar yardım paketi göndərib. Onlar işğalı pisləyən BMT qətnaməsinə səs verib və Ukraynanın ərazi bütövlüyünü tandıqlarını təsdiqləyiblər. Bu həqiqətən də keçmiş Sovet regionunda yerləşən bir ölkə üçün maraqlı addımlardır" - Libbi bildirib.
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub VİDEO