Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Binəli Yıldırım Şuşaya səfər edəcək.
“İki sahil” xəbər verir ki, o, bu barədə bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib.
Binəli Yıldırım Azərbaycanda olduğu müddətdə nümayəndə heyəti ilə birlikdə Şuşaya gedəcəyini və orada aparılan genişmiqyaslı tikinti-quruculuq işləri ilə yerində tanış olacağını bildirib.
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub VİDEO