SOCAR-ın "Azəriqaz" İB-nin təşkilatçılığı və KOBİA-nın iştirakı ilə keçirilən "Açıq mikrofon" aksiyası bu dəfə Tovuz rayonunda fəaliyyət göstərən sahibkarların ixtiyarında olub.
“İki sahil” xəbər verir ki, görüşdə çıxış edən Şəmkir RQİİ-nin rəisi hər dəfə olduğu kimi sahibkarları dinləməyə hazır olduqlarını bildirib. KOBİA-nın nümayəndəsi isə agentliyin qapılarının hər zaman sahibkarlara açıq olduğunu vurğulayıb.
Məlumata görə, daha sonra mikrofon sahibkarların ixtiyarına verilib. Sahibkarlar uçotu pozulmuş təbii qaz sərfiyyatının silinməsini, nasaz vəziyyətdə olan qaz sayğacının yenisi ilə əvəzlənməsini xahiş ediblər. "Səyyar qəbul otağı"nda sahibkarlarla yanaşı, sakinlər də müraciətlərini ünvanlayıblar.
SOCAR-ın prezidenti BYD şirkətinin xarici əlaqələr və yeni biznesin inkişafı üzrə rəhbəri ilə görüşüb - FOTO
SOCAR “Azəri-Çıraq-Günəşli” layihəsində “ITOCHU” korporasiyasına məxsus iştirak payını alıb