29 mart 2016 21:41
277

Dostluq evliliklə bitdi

Cütlüyün ailələri toyun vaxtını və yerini dəqiqləşdirmək üçün görüşəcəklər.

Türkiyənin məşhur müğənnisi  Murat Boz sevgilisi Aslı Enver ilə bu yay evlənəcək. ANS PRESS-in məlumatına görə, birlikdə rol aldıqları "Kardeşim benim" filminin çəkiliş meydançasında başlayan sevgini rəsmiləşdirmək istəyən Murad bu barədə yaxınlarına deyib.

Bir neçə gündən sonra cütlüyün ailələri toyun vaxtını və yerini dəqiqləşdirmək üçün görüşəcəklər. Tanınmış cütlük iyun ayında evlənmək istəyir. Bir müddət əvvəl "Kardeşim benim" filminin qəhrəmanları yayılan söz-söhbətlərə son qoyub. Murat Boz ilə Aslı Enver “İnstaqram” səhifəsində birlikdə olduqlarını izləyiciləri ilə bölüşüblər.  Onlar sevgililər gününə 1 gün qalmış sevgili olduqlarını təsdiqləyiblər. Qısa bir vaxtdan sonra Murat Boz 100 min TL (54 min 830 AZN) xərcləyərək evinin bütün əşyalarını dəyişib. Aslı Enver isə ötən həftə sevgilisinin evinə köçüb. 

Aslı Enver ötən ilin yayında üç ildir evli olduğu həmkarı Birkan Sokulludan boşanıb. Murat Boz isə 8 il birlikdə olduğu Eliz Sakuçoğlu ilə 2008-də evlənib,  2012-ci ildə isə boşanıb. Aslı Enver bir müddət əvvəl Bakıda olub. Aktrisa "Kardeşim benim" filminin təqdimat mərasimində iştirak edib. O, filmdə "Kara Sevda" serialının ulduzu Burak Özçivitin sevgilisi obrazını canlandırıb.