01 iyul 2023 17:50
327

Avropa Oyunları: Azərbaycanın çimərlik futbolu yığması 5-ci yeri tutub

Çimərlik futbolu üzrə Azərbaycan millisi Polşada təşkil olunan III Avropa Oyunlarında çıxışını başa vurub.

“İki sahil” xəbər verir ki, yığma 5-ci yer uğrunda görüşdə Moldova seçməsi ilə qarşılaşıb.

Rəqibinə 4:2 hesabı ilə qalib gələn Azərbaycan millisi 5-ci pilləni tutub.

Yığmanın heyətində Amid Nəzərov, Sabir Allahquliyev, Ramil Əliyev və Fuad Hüseynov fərqləniblər.