Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əsas hədəflərindən biri dekarbonizasiyaya nail olmaqdır.
“İki sahil” xəbər verir ki, bunu ADA Universitetində keçirilən 17-ci “Baku Summer Energy School”un açılışında çıxış edən SOCAR prezidenti Rövşən Nəcəf deyib.
Onun sözlərinə görə, Azərbaycan artıq etibarlı tərəfdaş kimi bir çox ölkələrin etibarını qazanıb: “Hesab edirəm ki, doğru yol seçməsən hədəfə çata bilməzsən. Bizim üçün enerji təhlükəsizliyi də mühüm əhəmiyyətə malikdir. Etibarlı tərəfdaş kimi etimad qazanmış Azərbaycan ötən illərdə bir sıra ölkələri təbii qazla təmin edib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol artmaqdadır”.
SOCAR rəhbəri həmçinin ətraf mühitin qorunmasının əhəmiyyətini vurğulayaraq neft-qaz əməliyyatlarında da bu amillərin nəzərə alındığını qeyd edib.
SOCAR-ın vitse-prezidentləri “Neptun” özüqalxan qazma qurğusunda aparılan işlərlə tanış olublar
Macarıstan şirkətlərinin və beynəlxalq təşkilat nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub - FOTO
SOCAR-da “Kommunikasiya və əməkdaşlıq vasitəsilə tərəfdaşlığın gücü: Enerjinin gələcəyini formalaşdıran qadınlar” mövzusunda tədbir keçirilib