"Azərbaycanda sığorta şirkətləri ilə sığortalılar arasında yaranan mübahisələri bizi məyus edir".
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev Bakıda keçirilən "Bank mübahisələrinin uğurlu həlli yollar" mövzusunda Elmi-Praktik Konfransda bildirib.
"Mediasiya institutu sığorta mübahisələrinin azalmasına səbəb ola bilər. Qarşıda duran əsas məsələ bu institutun inkişafıdır. Sığorta mübahisələri zamanı iştirakçılar özləri mediasiya institutuna müraciət etməlidirlər. Mediatorlar bu kimi mübahisələrin həllində aktiv iştirak etməli və biz də onların inkişafına kömək etməliyik", - deyə o qeyd edib.
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb
Suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir İlhamə Qədimova
Bu texnologiya dövlət dəstəyi mexanizmlərində rəqəmsal alətlərdən istifadənin genişləndirilməsinə xidmət edir
Aqrar sektorda 24 süni intellekt həlli üzrə hazırlıq başa çatıb - İlhamə Qədimova