Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus “MİDA” MMC 2022-ci ili 2,211 milyon manat xalis mənfəətlə başa vurub.
“İki sahil” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 74,1 % çoxdur.
Ötən il kommersiya qurumunun müştərilərlə müqavilələrdən gəlirləri 89,328 milyon manat (əvvəlki ilə nisbətən 12,7 % çox), satışının maya dəyəri 70,252 milyon manat (8,4 %çox), sair əməliyyat gəlirləri 744 min manat (18,8 % çox), ümumi və inzibati xərcləri 14,455 milyon manat (42,4 % çox), maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə zərəri 125 min manat (əvvəlki il gəlir olub), maliyyə gəlirləri 1,68 milyon manat (18,2 % az), maliyyə xərcləri 3,983 milyon manat (37,3 % az), mənfəət vergisi ödəmələri isə 726 min manat (15,4 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "MİDA"nın aktivləri 448,025 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 19,4 % azalaraq 214,054 milyon manata düşüb, balans kapitalı isə 19,3 % artaraq 233,971 milyon manata çatıb.
Xatırladaq ki, "MİDA" MMC 11 aprel 2016-cı ildə yaradılıb, həmin ilin may 17-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır.
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb
Suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir İlhamə Qədimova
Bu texnologiya dövlət dəstəyi mexanizmlərində rəqəmsal alətlərdən istifadənin genişləndirilməsinə xidmət edir
Aqrar sektorda 24 süni intellekt həlli üzrə hazırlıq başa çatıb - İlhamə Qədimova