14 iyul 2023 12:52
551

Mətin Kərimli: Ana dilimiz bir dəyərdir və hər birimiz bu dəyəri qorumağa borcluyuq

“Ana dilimiz bir dəyərdir və hər birimiz bu dəyəri qorumağa borcluyuq”.

“İki sahil” xəbər verir ki, bu fikirləri Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli “Ana dili – Azərbaycan məktəbi” layihəsinin təqdimat mərasimindəki çıxışında deyib.

M.Kərimli layihəyə qoşulan müəllimlərə təşəkkür edib: “Bu addım onların vətənpərvərliyinin daha bir sübutudur. Dilimizin qorunması və yayılması üçün əlimizdən gələni etməli, hər birimiz bu işdə üzərimizə düşən vəzifələri yerinə yetirməliyik”.