14 iyul 2023 15:36
256

Kırımızıgül avtobusda "konsert" verdi - VİDEO

Məşhur türkiyəli müğənni Mahnsun Kırmızıgül dostları ilə birlikdə ictimai nəqliyyatdan istifadə edib.

“İki sahil” xəbər verir ki, o bunu əks etdirən görüntüləri feysbukda paylaşıb.

“Alkoqollu içki içmişdik. Gecə vaxtı hotelə getmək üçün taksi tapmadıq, avtobusa mindik. Mindikdən sonra qısa bir şok yaşandı, sonra çox səmimi bir ortam yarandı. İnsanlar mahnı oxumağımı istədi, onları qırmadım və birlikdə 20 dəqiqəlik unudulmaz anlar yaşadıq”, - o yazıb.

M. Kırmızıgülün bu paylaşımı böyük marağa səbəb olub, saysız-hesabsız bəyənmə və şərh toplayıb.