“Almaniya Azərbaycan və Ermənistanın sülhə nail olmaq səylərini dəstəkləməyə sadiqdir”.
“İki sahil” xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann tviter səhifəsində yazıb.
O, ədalətli və dayanıqlı sülh yolunda Avropa İttifaqı və tərəfdaşlarla apardığı müzakirələrə görə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə minnətdarlığını bildirib.
Diplomat qeyd edib ki, Almaniya mümkün qədər tez bir zamanda sülhə nail olmaq üçün hər iki tərəfin səylərini dəstəkləməyə sadiqdir.
İki ölkə arasında dostluq və strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə olunacaq
Azərbaycan və İraq arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib
Ceyhun Bayramov “Sülh yolu ilə rifah: Transxəzər ticarət marşrutu və TRIPP-ə investisiya qoyuluşu” adlı tədbirdə çıxış edib
Ceyhun Bayramov konqresmenlə Azərbaycan-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıb