Türkiyənin Qaziantep bölgəsinin Nurdağı rayonunda meşə yanğını baş verib.
“İki sahil” xəbər verir ki, rayonun Durmuşlar Məhəlləsi yaxınlığındakı meşəlik ərazidə naməlum səbəbdən baş verən yanğını görənlər vəziyyəti 112 Təcili Zəng Mərkəzinə bildiriblər.
Əraziyə 3 helikopter, 12 yanğınsöndürən maşın, 6 su çəni, 6 ilk müdaxilə maşını cəlb olunub.
Həmçinin, Qaziantep Böyükşəhər Bələdiyyəsi Xilasetmə qrupları və bölgəyə sövq edilən təxminən 80 personal yanğının söndürülməsinə çalışır.
Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTO
İki ölkə arasında dostluq və strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə olunacaq
Azərbaycan və İraq arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib