Azərbaycan Dövlət Televiziyasının (AzTv) aparıcısı Natəvan Babayeva vəfat edib.
“İki sahil” xəbər verir ki, uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən teleaparıcı bu gün vəfat edib.
Xatırladaq ki, Natəvan Babayeva AzTV-dən öncə uzun illər ANS televiziyasının aparıcısı olub.