Azərbaycan və Ermənistan delimitasiya komissiyalarının iclaslarını sərhədin müxtəlif hissələrində keçirəcək.
“İki sahil” xəbər verir ki, bu barədə “Sputnik-Armeniya”nın sorğusuna cavab olaraq Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisindən məlumat verilib.
“Tərəflərin qarşılıqlı razılığına əsasən görüşlərin hər dəfə dövlət sərhədinin müxtəlif hissələrində keçirilməsi qərara alınıb”, - məlumatda deyilir.
Xatırladaq ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin ermənistanlı həmkarı Mher Qriqoryan ilə iyulun 12-də baş tutmuş dördüncü görüşü zamanı bir sıra təşkilati və prosessual məsələlər müzakirə olunub.
Tərəflər növbəti görüşün təşkili üçün məkan kimi Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin müxtəlif hissələrini təklif ediblər. Nəticədə görüşün Ermənistanın Tavuş bölgəsi və Azərbaycanın Qazax rayonu ərazisində keçirilməsi barədə razılıq əldə olunub.
İki ölkə arasında dostluq və strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə olunacaq
Azərbaycan və İraq arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib
Ceyhun Bayramov “Sülh yolu ilə rifah: Transxəzər ticarət marşrutu və TRIPP-ə investisiya qoyuluşu” adlı tədbirdə çıxış edib
Ceyhun Bayramov konqresmenlə Azərbaycan-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıb