"Torpaqlarımızı azad edəndən sonra biz ölkəmizə qarşı potensial təhlükə görmürük".
“İki sahil” xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında səsləndirib.
“Daxildə hər hansı bir təhlükə yoxdur, ölkə sabitdir, cəmiyyətdə həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir, ölkənin iqtisadi inkişafı olduqca təsirlidir”,- deyən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanın iqtisadiyyatı özünü təmin edir. “Biz öz resurslarımızla özümüzü təmin edirik və yaxşı idarəçilik həyata keçiririk”, - deyə Prezident əlavə edib.
Azərbaycan və İraq arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib
Ceyhun Bayramov “Sülh yolu ilə rifah: Transxəzər ticarət marşrutu və TRIPP-ə investisiya qoyuluşu” adlı tədbirdə çıxış edib
Ceyhun Bayramov konqresmenlə Azərbaycan-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıb