"Biz iqtisadiyyatımızın istənilən şəraitdə və vəziyyətdə dayanıqlı olmasını təmin etməliyik. Təbii ki, valyuta ehtiyatımızı artırırıq, idarəetmə sistemimizi təkmilləşdiririk. Bütün bunlar bizə əlavə imkanlar qazandırır".
“İki sahil” xəbər verir ki, bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.
Vergi və gömrük orqanlarının proqnozları həyata keçirmək qabiliyyətinin kifayət qədər aydın mənzərə yaratdığını vurğulayan dövlətimizin başçısı bildirib: “Artıq ilk dəfə deyil ki, biz büdcəyə əlavələr, artım ilə bağlı qərarlar qəbul edirik. Bunun da əsası odur ki, vergi və gömrük orqanları planlaşdırılandan daha çox gəlir əldə edib. Bu, yalnız şəffaflıq və yeni idarəetmə yanaşması sayəsində mümkün olub”.
Azərbaycan və İraq arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib
Ceyhun Bayramov “Sülh yolu ilə rifah: Transxəzər ticarət marşrutu və TRIPP-ə investisiya qoyuluşu” adlı tədbirdə çıxış edib
Ceyhun Bayramov konqresmenlə Azərbaycan-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıb
Fuad İsgəndərov etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib
Çinin Azərbaycandakı səfiri: Çin elmi-texniki innovasiyalar sahəsində dünya lideridir