Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışı zamanı Transxəzər qaz kəməri layihəsindən danışıb.
“İki sahil” xəbər verir ki, dövlət başçısı Transxəzər layihəsinin ideya olaraq Türkmənistanın qaz ehtiyatlarına əsaslandığını bildirib.
Prezident Azərbaycanın layihədə oynaya biləcəyi rol barədə bunları deyib: “Transxəzər layihəsi ideya olaraq Türkmənistanın qaz ehtiyatlarına əsaslanır. Odur ki, bunun təşəbbüsünün irəli sürülməsi və yaxud ona sərmayə yatırılması bizdən asılı deyil. Biz tərəfimizdən mövcud infrastrukturumuzu təklif edə bilərik və yaxud müəyyən ərazi təklif edə bilərik ki, yeni infrastruktur inşa edilsin. Lakin unutmamalıyıq ki, bu gün Azərbaycan üç il əvvəl inşa edilən boru kəmərinin genişləndirilməsi ilə məşğuldur”.
Azərbaycan və İraq arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib
Ceyhun Bayramov “Sülh yolu ilə rifah: Transxəzər ticarət marşrutu və TRIPP-ə investisiya qoyuluşu” adlı tədbirdə çıxış edib
Ceyhun Bayramov konqresmenlə Azərbaycan-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıb
Fuad İsgəndərov etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib
Çinin Azərbaycandakı səfiri: Çin elmi-texniki innovasiyalar sahəsində dünya lideridir