“Neftçi” Peşəkar Futbol Klubunun (PFK) yeni prezidenti (baş icraçı direktoru) mediaya təqdim edilib.
“İki sahil” xəbər verir ki, Fərrux Mahmudov “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf tərəfindən təqdim olunub.
Rövşən Nəcəf Fərrux Mahmudova fəaliyyətində uğurlar arzulayıb.
F.Mahmudov klubun inkişaf istiqamətləri barədə məlumat verib: "Klubun fəaliyyəti ilə bağlı 4 istiqamət müəyyənləşdirilib. Bunlar idman tərəfi, doğru idarəetmə, maliyyə resursları, azarkeşlərlə düzgün kommunikasiyanın qurulmasıdır. Bütün bunlar təmin edildikdən sonra klubun fəaliyyətində dönüş yaranacağına ümid edirik".
SOCAR-ın vitse-prezidentləri “Neptun” özüqalxan qazma qurğusunda aparılan işlərlə tanış olublar
Macarıstan şirkətlərinin və beynəlxalq təşkilat nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub - FOTO
SOCAR-da “Kommunikasiya və əməkdaşlıq vasitəsilə tərəfdaşlığın gücü: Enerjinin gələcəyini formalaşdıran qadınlar” mövzusunda tədbir keçirilib