Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində çalışmış Süleyman Qasımov SOCAR prezidenti Rövşən Nəcəfin iqtisadi məsələlər üzrə müşaviri təyin edilib.
“İki sahil” xəbər verir ki, Süleyman Qasımov, həmçinin "Petkim"in İdarə Heyətinin sədri, SOCAR Türkiyə və SOCAR Ukrayna İdarə heyətinin üzvü olaraq fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, Süleyman Qasımov 2006-cı ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti vəzifəsində çalışıb.
Ötən il Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan “Petkim Petrokimya Holding AŞ”nin (“Petkim”) İdarə Heyətində edilən dəyişikliyə əsasən, Süleyman Qasımov “Petkim” İdarə Heyətinə rəhbərlik edir.
SOCAR-ın prezidenti BYD şirkətinin xarici əlaqələr və yeni biznesin inkişafı üzrə rəhbəri ilə görüşüb - FOTO
SOCAR “Azəri-Çıraq-Günəşli” layihəsində “ITOCHU” korporasiyasına məxsus iştirak payını alıb