Şabran rayonunda bir nəfərin ölümü, daha bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 106-cı km-də, Şabran rayonunun Ağbaş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Mitsubishi Lanser" markalı minik avtomobilinin bordürə çırpılması nəticəsində Bakı şəhər sakinləri, 1948-ci il təvəllüdlü Xasayeva Şəfiqə Abdulmütəllib qızı hadisə yerində ölüb.
Xasayev Qalib Əhməd oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.