“Uorner Brozers” kinostudiyasının nümayəndələri Betmen haqqında növbəti film çəkmək niyyətində olduqlarını bildiriblər.
Bu dəfə də məşhur qəhrəmanı Ben Afflek canlandıracaq. Afflek həm də filmin rejissoru olacaq.
Məlumata görə, Ben Afflek artıq filmin ssenarisini də yazıb. Lakin prodüserlər həmin ssenarini istifadə etmək istəməyib. Əvəzində isə digər komikslərdən birini yeni filmin ssenarisinə uyğunlaşdırmağı düşünürlər.
Xatırladaq ki, Ben Afflek “Ədalət liqası” filminin iki hissəsində və “Özünə qəsd edənlər dəstəsi”ndə Betmenin rolunu canlandıracaq. “Betmen Supermenə qarşı” filmində ilk dəfə olaraq “yarasa” olan Ben Afflekin ifası tənqidçilərdən müsbət rəy almasa da, kassa yığımlarında uğurlu olub.
Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub