19 aprel 2016 21:24
116

İki məşhur Bakıya çağırıldı

Aprelin 23-də Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Rudjero Leonkovallonun “Payatsı” operasının tamaşası keçiriləcək.

Tamaşada əsas partiyalardan birini – Nedda partiyasını ifa eləmək üçün Ukrayna Milli Operasının aparıcı solisti Yekaterina Straşenko dəvət olunub. Kanio rolunu isə Z.Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrının solisti, Gürcüstanın xalq artisti Teymuraz Ququşvili ifa edəcək.

Tamaşada, eyni zamanda, Azərbaycanın Əməkdar artistləri Cahangir Qurbanov (Silvio), Anton Ferştandt (Tonio) və solist Əliəhməd İbrahimov (Arlekin) iştirak edəcəklər.

Tamaşanın musiqi rəhbəri və dirijoru Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlovdur.

Publika.az