OPEC 2023-cü ildə ABŞ-da neft və kondensat hasilatı üzrə proqnozunu avqust qiymətləndirilməsinə görə gündəlik 40 min barel artırıb. İndi bu göstəricinin sutkada 0,8 milyon barel artaraq 12,7 milyon barelə çatacağı gözlənilir.
“İki sahil” xəbər verir ki, bu, alyansın hesabatının sentyabr sayında qeyd edilib.
Əvvəlki hesabatda OPEC 2023-cü ildə gündəlik 0,75 milyon barel artaraq 12,66 milyon barelə çatacağını proqnozlaşdırırdı.
OPEC-in məlumatına görə, 2022-ci ildə ölkənin neft hasilatı sutkada 11,91 milyon barel təşkil edirdisə, 2024-cü ildə bu,13,1 milyon barrelə çata bilər.
Həmçinin, bu il ölkədə maye karbohidrogenlərin hasilatının illik ifadədə sutkada 1,2 milyon barel artaraq orta hesabla 20,5 milyon barrelə çatacağı da proqnozlaşdırılır ki, bu da əvvəlki proqnozlara nisbətən sutkada 63 min barel çoxdur. Qeyd olunur ki, bu ilin əvvəlindən qazma fəallığının azalmasına baxmayaraq, quyuların məhsuldarlığı yaxşılaşıb. Böyük şist yataqlarında ilin qalan hissəsində daha az təchizat zənciri və logistika problemlərinin olacağı gözlənilir.
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
Lənkəran və Astaranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
“Türk iqtisadi icmalı”nın 2026-ci ilin birinci yarısına dair buraxılışı dərc olunub