Azərbaycan "Azəri-Çiraq-Günəşli" neft-qaz yataqları blokunun (AÇG) işlənilməsi layihəsi çərçivəsində 2001-ci ildən indiyədək 168 mlrd. dollar xalis mənfəət əldə edib.
“İki sahil” xəbər verir ki, bunu Energetika Nazirliyinin jurnalistlər üçün Səngəçal terminalına təşkil olunmuş media-tur çərçivəsində təqdimat zamanı "BP-Azerbaijan" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı bildirib.
Onun sözlərinə görə, indiyədək BP və onun tərəfdaşları Azərbaycan, Gürcistan və Türkiyə üzrə həyata keçirilən layihələrə 84 mlrd. dollar sərmayə yönəldib.
Tamam Bayatlı qeyd edib ki, bu investisiyaların 30%-i BP-nin payına düşüb.
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
Lənkəran və Astaranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
“Türk iqtisadi icmalı”nın 2026-ci ilin birinci yarısına dair buraxılışı dərc olunub