Bakıda 12 marşrut xətti üzrə sərnişindaşımaya əlavə 20 avtobus cəlb edilib.
Bu barədə "İki sahil"ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
"Ümumilikdə 43 marşrut xətti üzrə sərnişin daşınmasına əlavə olaraq 132 avtobus buraxılıb.
Bunlar 1, 2, 3, 6, 7A, 7B, 11, 13, 14, 17, 21, 31, 33, 38, 40, 46, 49, 50, 60, 67, 71, 77, 79, 88, 92, 96, 113, 114A, 114B, 119, 125, 133, 135, 136, 160, 165, 172, 179, 189, 199, 206, 214 və M8 marşrut xətləridir.
Hazırda müntəzəm avtobus marşrutlarına çıxarılan nəqliyyat vasitələrinin ümumi sayı 1 886-dır. Ötən ilin eyni dövründə bu rəqəm 1 697 olub", - məlumatda deyilir.
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
Lənkəran və Astaranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
“Türk iqtisadi icmalı”nın 2026-ci ilin birinci yarısına dair buraxılışı dərc olunub