2023-cü ilin birinci yarısında Azərbaycanın Gürcüstan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 45 milyon 446 min dollar təşkil edib.
"İki sahil” Azərbaycan Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.9 dəfə və ya 30 milyon 167 min dollar çoxdur. 2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanın Gürcüstan iqtisadiyyatına investisiya qoyuluşu 15 milyon 447 min dollar təşkil edib.
Qeyd edək ki, bu dövrdə Gürcüstanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu isə 37.2% azalaraq 8.9 milyon dollara bərabər olub.
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
Lənkəran və Astaranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
“Türk iqtisadi icmalı”nın 2026-ci ilin birinci yarısına dair buraxılışı dərc olunub
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb