Azərbaycanda dəniz nəqliyyatı ilə 2023-cü ilin yanvar-avqust aylarında daşınmış yüklərin həcmi 6 185,5 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 23,7% artıb.
Dövlət Statistika Komitəsindən "İki sahil"ə verilən məlumata görə, daşınmış yüklərin 56,6%-i neft yükləri təşkil edib.
Məlumata görə, hesabat dövründə dəniz limanları tərəfindən 8 758,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 7 220,3 min tonunu və ya 82,4%-i tranzit yüklər təşkil edib.
“2023-cü il sentyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 309,6 min ton olub”, - məlumatda qeyd olunur.
Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,7% artaraq 15,5 min nəfər olub.
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
Lənkəran və Astaranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
“Türk iqtisadi icmalı”nın 2026-ci ilin birinci yarısına dair buraxılışı dərc olunub
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb