Azərbaycan oktyabrın 5-7-si tarixlərində İspaniyanın Donostia-San Sebastian şəhərində keçiriləcək Ümumdünya Qastronomik Turizm Forumunda iştirak edəcək.
“İki sahil” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, forum “Qastronomik Turizm: Köklərə qayıt” devizi ilə keçiriləcək və əsas diqqəti məhsullar, qastranomiya və turizm arasında əlaqələrə yönəldəcək.
Qeyd edək ki, forum turizm və qastronomiya mütəxəssisləri arasında təcrübə mübadiləsinin aparılması məqsədi ilə 2015-ci ildən bəri Dünya Turizm Təşkilatı (UNWTO) ilə Bask Kulinariya Mərkəzi tərəfindən birgə təşkil edilir.
Forum UNWTO, Bask Kulinariya Mərkəzi, Bask hökumətinin dəstəyi, Gipuzkoa İl Şurasının, San Sebastian Şəhər Şurası və İspaniyanın Sənaye, Ticarət və Turizm Nazirliyi tərəfindən təşkil ediləcək.
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
Lənkəran və Astaranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
“Türk iqtisadi icmalı”nın 2026-ci ilin birinci yarısına dair buraxılışı dərc olunub
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb