Transxəzər qaz kəmərinin inşasını ən qısa zamanda başlamaq lazımdır.
“İki sahil” xəbər verir ki, bu barədə İstanbulda keçirilən Türk Dünyası Biznes Forumda çıxışı zamanı Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palataları Birliyinin sədri Rifat Hisarcıklıoğlu bildirib.
O qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi Azərbaycan və Türkmənistan arasında çəkiləcək qaz kəmərinin önəmini göstərib: “Biz Azərbaycanla Türkmənistan arasındakı əməkdaşlıqdan razıyıq. Türk Dövlətləri Təşkilatı bu istiqamətdə strateji addımlar atır. Bununla da aramızdakı həmrəylik və əməkdaşlıq daha da artacaq”.
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
Lənkəran və Astaranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
“Türk iqtisadi icmalı”nın 2026-ci ilin birinci yarısına dair buraxılışı dərc olunub
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb