Bu ilin yanvar-avqust aylarında operativ məlumatlara əsasən, 2022-ci ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 154,2 milyon kVt/saat artaraq 19 milyard 245,2 milyon kVt/saat olub.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir bildirib ki, bu dövr ərzində elektrik enerjisinin ixracı 1 milyard 530,6 milyon kVt/saat, idxal isə 169,3 milyon kVt/saat olub: “Bu ilin yanvar-avqust aylarında Azərbaycanda İstilik Elektrik Stansiyaları üzrə 17 milyard 714,1 milyon kVt/saat təşkil edib. Su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 milyard 531,1 milyon kVt/saat elektrik enerjisi istehsal edilib”.
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
Lənkəran və Astaranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
“Türk iqtisadi icmalı”nın 2026-ci ilin birinci yarısına dair buraxılışı dərc olunub
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb