Bu ilin yanvar-avqust aylarında Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində artıq xərcləmənin, eləcə də büdcəyə hesablanmamış ödənişlərin məbləği 91,6 milyon manat təşkil edib.
“İki sahil” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq" mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.
Palata sədri qeyd edib ki, həmin məbləğin 39,6 milyom manatının dövlət büdcəsinə bərpası ilə bağlı qərar qəbul edilib: "Cinayət əməlinin olduğu ehtimal edilən 9 material üzrə 28,5 milyon manatdan yuxarı rəqəmlə bağlı məlumatlar hüquq-mühafizə orqanlarına göndərilib. Bərpası haqqında qərar verilməyən məbləğin təqribən 23,5 milyon manatdan çox hissənin dayandırılması ilə bağlı qərar qəbul olunub. Bu xərclərin bərpası ilə bağlı qərar verilməməsi daha çox sosial xarakterli ödənişlərlə bağlıdır".
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
Lənkəran və Astaranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
“Türk iqtisadi icmalı”nın 2026-ci ilin birinci yarısına dair buraxılışı dərc olunub
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb