Bu ilin yanvar-avqust aylarında Azərbaycan Hesablama Palatası tərəfindən aparılmış maliyyə hesabatlarının auditi üzrə aşkar edilmiş təhriflərin məbləği 290 milyon manatdan çox olub.
“İki sahil” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq" mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.
Onun sözlərinə görə, dövlət maliyyəsinin hesabatlılığının yaxşılaşdırılmasına xidmət edən addımlardan biri kimi maliyyə hesabatlarının auditi üzrə müəyyən edilmiş təhriflərdə düzəlişlərin aparılması hesab oluna bilər: "2021-2022-ci illərə dair nəticələrin təhlili göstərir ki, 1 milyard manatdan çox əhəmiyyətli təhrif məbləğinin əsas hissəsi üzrə müvafiq mühasibat yazılışları verilməklə düzəlişlər olunub. Təhlillərimiz müəyyən olunan təhriflərin əksər hallarda qurumlar tərəfindən beynəlxalq maliyyə hesabatları çərçivəsinin tam mənimsənilməməsindən irəli gəldiyini göstərir", - deyə Palata sədri qeyd edib.
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
Lənkəran və Astaranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
“Türk iqtisadi icmalı”nın 2026-ci ilin birinci yarısına dair buraxılışı dərc olunub
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb